Kayıtlar

Şəhidlər Xiyabanı — Bakı şəhərində Səbail rayonunda inzibati ərazi. Burada 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə şəhid olan azərbaycanlı və türkiyəli əsgərlər, 1990-cı ilin 20 yanvar tarixində Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlılar və 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan əsgərlər dəfn olunub. Şəhidlər Xiyabanında 15 000 yaxın şəhid dəfn olunub. 1918-ci ildə hələ "Şəhidlər Xiyabanı" adını almayan bu ərazidə, Bakı uğrunda gedən döyəşlərdə şəhid olan azərbaycanlı və türkiyəli əsgərlər dəfn olunaraq xiyaban salındı. 1924-cü ildə Sovet İttifaqı tərəfindən xiyabanı ləvğ edildi və həmin ərazidə Kirov Parkı (əlyəncə mərkəzi) salındı. 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunlarının Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi qırğından sonra Kirov Parkı Azərbaycan xalqı tərəfindən ləğv edildi və burada yenə xiyaban salındı.

Maraqli Fikirler ''Cosqun Kamal''