"Ana" (Şeir 8)



Səssiz quçaqladım soyuq qəbrini,                 
Ağlaraq çəkdim həsrət qəhrini.
Bilmədim vaxtında sənin qədrini,
Şəklini sinəmə sıxıram Ana.         

Qəbriniz önündə mən əyincə baş,
Hey axar, qurtarmaz ğözlərimdə yaş,
O sənli günlərim bir dönəydi kaş,
Qəlb ilə qəm evin yıxıram Ana.       

Könlümə sərincə bir meh əsə, Ana
Həsrətəm bir şirin,o doğma səsə.
Atalı-analı olan hər kəsə,
İndi mən həsrətlə baxıram Ana.     

Həmişə həyatda doğruyuq, düzük,
Sanırıq zirvəyik, lap yüzdə - yüzük,
Yadigar qalıbdır mənə bir üzük,
Mən onu həsrətlə taxıram Ana.     

Fikirdən soluxmuş çiçəksiz güləm,
İstisi soyumuş alovsuz, küləm,
Gah sakit Alazan,gah dəli Kürəm,
Zaman da ölümə yaxındır. Ana
Qəlbimlə atəşi yaxıram Ana. 

© By : Coşqun Kamal

Yorumlar