“Bu sevgi qəlbimi, eylədi xəstə” (Şeir 2)


Bir şeyə əminəm mən bu həyatda. 
Bir zaman geriyə dönəcəksən sən. 
Mənim əvəzimə məzarım üstə, 
Çəkilən şəklimi öpəcəksən sən.

Mən səni əhv etdim düşünmə, sanma,
Məzarım üstünə gəlsən utanma.
Bir kərə mən öldüm sevgilim amma,
Bir gündə yüz dəfə öləcəksən sən.

Qoymadın gözümün yaşı qurusun.
Indisə,yoxluğum qoy səni vursun.
Mənim əhv etməyim, kənara dursun
Özünü əhv edə biləcəksən sən???

Ürəkdə bir əzab tonqalı qala.
Hər zaman atacan bir addım dala,
Bir zaman düşəndə, mən düşən hala.
Özün öz halına güləcəksən sən.

Buraxmışam bu dünyanın başını,
Qucağla sən mənim məzar daşımı.
Yanağından süzülən göz yaşını.
De hansı üz ilə siləcəksən sən?

Carəm tapılmadı her hansı kəsdə.
Bu sevgi qəlbimi, eylədi xəstə.
Gələndə sevgilim məzarım üstə.
Yazdığm bu şeiri görəcəksən sən.

© By : Coşqun Kamal

Yorumlar