“Dön Geri Çətindir Yaşamağ Sənsiz…..” (Şeir 1)





Əzabdır Sənsizlik sən olan yerdə,
Hicran atəşləri yığılıb qəlbdə,
Canlanır xəyalın hər an fikrimdə,
Dön geri çətindir yaşamağ sənsiz….

Atəşlər içində yanır bu qəlbim,
Məcnuna dönmüşəm eşqindən sənin,
Səhralar məkanım olubdur mənim,
Dön geri çətindir yaşamağ sənsiz…..

Yaxındır ölümün küləyi əsir,
Ölüm mələyi başım üstədir,
Yetər bu ayrılıq əzabı bəsdir,
Dön geri çətindir yaşamaq sənsiz….

© By : Coşqun Kamal

Yorumlar