“Sənsiz” (Şeir 3)


Hər günüm üsyandı, hər anım qəmdi. 
Hər gecə qonağım kədərdi sənsiz. 
Elə çarəsizəm bilmirəm indi, 
Mən necə çəkəcəm bu dərdi sənsiz.

Həyat qəsdə durub mənimlə sanki.
Canımı isdiyir ala guman ki,
Elə bezmişəmki elə inanki,
Yaşamağ ölməydən betərdi sənsiz.

Axı kim nə etsin belə talehi,
Əsir ürəyimə ayriliğ mehi,
Yazığ kipriyimin qurumur şehi.
Göz yaşım dəryalar qədərdi sənsiz.

© By : Coşqun Kamal

Yorumlar