"Bilmirəm" (Şeir 4)




Ağlamaq elə bil mənə doğulub, 
Urəkdən sevinib gülə bilmirəm. 
Ömrüm günüm lap qəm içində,
Nə yaşadım,nədə ölə bilmirəm.

Sənin bir günahın yoxdu gözəlim,
Özümü yandırıb yaxdı ürəyim,
Sən mənim dünyamda şirin, qəzəlim,
Mən sənin nəyinəm bilə bilmirəm.

Niyə zalım oldun,insafın hanı?
Niyə eşq oduna saldın bu canı?
Sən mənim ömrümün ən gözəl anı,
Mən sənin yuxuna gələ bilmirəm.

Bilmədim eşqinlə sönər ürəyim.
Göydə Allah ,yerdə sən idin gərəyim,
Əlimdə deyil ki,axı neyləyim,
Niyə belə oldu ,belə bilmirəm.

© By : Coşqun Kamal

Yorumlar