“Bilməzsən” (Şeir 6)



İnadkar olsanda sevgilim mənim
Sevən gözlərimə baxa bilməzsən
Çünki sənə olan, bu məhəbbətim.
Qəlbində qan olar ata bilməzsən.

Bu sonsuz sevdanın yolu önündə
Əllərin ümüdlə durdu əl-ələ,
Bir qarış olarsan qəmin gözündə
Özün öz nəfisini yaxa bilməzsən

Ağladar kədərim sızladar qəmim
Köləsi olarsan zülümü fələyin
Bağırdar həsrətin, gözündə qəmin.
Sakitcə səssizcə baxa bilməzsən.

Tanımaz başqası üzgün olarsan
Sən ayrı bir diyar özgə olarsan
Yerlərdə bir xəyal kölgə olarsan
Göylərin üzündə uça bilməzsən

© By : Coşqun Kamal

Yorumlar