“Bilsin” (Şeir 5)

“Bilsin” (Şeir 5) Düşünmə ayrılıq bu keçən zaman. Səni ürəyimdən apara bilsin. Nə bu zamanə nədəki dövran, Səni taleyimdən qopara bilsin. Düşünmə ürəyim dözər unudar. Hansısa sevəni yerinə qoyar. İnanma kədərsiz gözlərim durar, Kimsə sevincini qaytara bilsin. Ağlıma gəlmir senli sənsizi, Əgər gəlməsən başqa kimsəni. Günümə saçılan gülüşü çətin. Qara buludları dağıda bilsin. Həsrətin bir tarın mizrabı kimi, Sızladar qəlbimin qəmli telləri, İnanma aləmin sözü söhbəti, Sənsiz bu könlümü ovuda bilsin. © By : Coşqun Kamal

Yorumlar