"Göz muncuğum" (Şeir 7)



Sular dağdan süzülübdür.
Gül budaqa düzülübdür.
Bulud göyə düzülübdür.
Ürəyiməsə söz muncuğum,

Kür Arazla qovuşur bax,
Sonda sular qarışır bax
Tək özünə yaraşır bax
Hər insanın öz muncuğu

Həyat qəlbin əzmin əyir
Heç görməzsən ondan xeyir
Ğülüm sənə tez göz dəyir

As üstünə ğöz muncuğu

Yorumlar