"Öyrət!" (Şeir 9)


Tərk edib öncədən getməyə nə var ?!
Hünərin çatarsa qovuşmağ öyrət!
Saf qəlbi viranə etməyə nə var!
Sevərək könlümü almağı öyrət.!

Yollara dikilən qəmli gözlərə,
Qurumaq bilməyən nəmli gözlərə,
Ağlayan gözlərə, qəmli gözlərə,
Sevincdən sevinib, dolmağı öyrət!

Eşqimə qanad ver uçum göylərə,
Körpədir sən əl tut qaçmasın deyə,
Ətirli güllərin açmasın belə,
Vaxtında çiçəyə solmağı öyrət!

Yorumlar