“Unuda bilməyəcəksən” (Şeir 10)




Görürəm, fikrində qalmışam hələ. 
Nə edirsən et , gülməyəcəksən ! 
Tərk edib ! Unutmaq istəsən belə,
Sən məni unuda bilməyəcəksən !

İnciyib sən mənnən, istəsən küsdə,
Məni axdaracaqsan hər keçən ildə.
Yadına düşəcəm durduğun yerdə,
Sən məni unuda bilməyəcəksən !

Ayrılıq salıbdır sevginə ləkə,
İnandın səbirinin cütlə təkinə,
Məni unutmağı demişdin mənə,
Sən məni unuda bilməyəcəksən !

Mən sənə vermişdim bu saf eşqimi,
Sanmışdım olarsan könül həmdəmi.
Bir gün yox, beş gün yox, olənə kimi
Sən məni unuda bilməyəcəksən !

© By : Coşqun Kamal

Yorumlar